Qurban Qurbanov: “Vacib qarşılaşma idi”
01.11.2019 , 22:47

Azərbaycan Premyer Liqasında X turun “Neftçi” – “Qarabağ” (0:0) oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib.
Korner.az xəbər verir ki, mütəxəssis oyunu belə şərh edib.
– Çətin oyun oldu. Xeyli mübarizə gördük. Vacib qarşılaşma idi. 1 xal çox lazım idi. Rəqib çox istəkli oynadı. Bu da başadüşüləndi. Futbolçulardan razı qaldım. Sona kimi mübarizə apardılar. Çoxdandı belə mübarizəli oyun olmamışdı. Bu, komandamız üçün çox faydalı olacaq.
