Qurban Qurbanov: “Vacib qələbə qazandıq”
22.08.2020 , 22:41

Azərbaycan Premyer Liqasında I turun “Qarabağ” – “Sabah” (2:0) oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib.
Korner.az xəbər verir ki, mütəxəssis qələbənu belə şərh edib:
“Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Bu komandaya qarşı sona qədər mübarizə aparmaq əhəmiyyətli idi. İki yoxlama oyunu keçirmişdik və rəqibin gücünə bələd idik. Dörd gün sonra vacib oyunumuz var, amma bütün diqqətimiz bu matçda idi. Onlara təşəkkür edirəm ki, meydanda bunu göstərdilər”.
