TPL VI turu çərçivəsində keçirilən “Qarabağ” – “Simurq” oyununda ev sahibləri minimal hesablı qələbəyə sevinib.
Korner.az-ın məlumatına görə, ağdamlıların baş məşqçisi oyundan sonra bunları deyib:
“Maraqlı oyun oldu. Çətin rəqib idi. Vacib 3 xal qazandıq. Futbolçularıma təşəkkür edirəm ki, sonadək mübarizə apardılar. Ən əsası, inandılar və bir-birini sığortaladılar. İndi bir neçə gün istirahet edib növbəti oyunlara hazırlaşmaq olar”
