Qurban Qurbanov və futbolçulardan 70 min manat – Prezidentin çağırışına dəstək
24.03.2020 , 21:00

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və klubun futbolçuları koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq, irəli sürülmüş təşəbbüsə qoşulub.
Korner.az xəbər verir ki, Qurbanov Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min, futbolçular isə ümumilikdə 50 min manat köçürüb.
Koronavirusla mübarizə çərçivəsində yaradılmış koronavirusinfo.az saytında yardım edən şəxslərin siyahısında “Qarabağ”ın baş məqşçisiylə futbolçularının da olması qeyd edilib.
