“Zənnimcə, “Metallurq” mümkün olan 5 rəqibdən ən çətini idi. Üç il bundan öncə onlarla oyun heç də asan olmamışdı. Makedoniya çempionatı günü-gündən inkişaf edir”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib.
Ağdam klubunun baş məşqçisi onları qarşıda çətin oyunların gözlədiyini bildirib: “Qışda onların başqa komandasıyla oynamışdıq. Qısa zamanda mümkün qədər çox məlumat toplamağa çalışacağıq. Bizi qarşıda ciddi oyun gözləyir. 3 il bundan öncə rəqibimiz ilk avrokubok təcrübəsini yaşayırdı. Lakin, həmin ildən sonra ardıcıl avrokuboklarda iştirak ediblər. Demək olar ki, bu baxımdan yetərli təcrübəyə malikdir. Qeyd etdiyim kimi, bizi çətin oyunlar gözləyir. Bu gündən etibarən ancaq ilk oyunu fikirləşməyə başlayacağıq”.