Qurban Qurbanov: “Türkiyədə oynamaq üçün israr etdik”
28.10.2020 , 12:02

“Qarabağ”ın baş məşqçisi Qurban İstanbul aeroportunda türkiyəli jurnalistlərə açıqlama verib.
O, Avropa Liqasının qrup mərhələsinin II turunda “Vilyarreal”la görüşü Türkiyədə keçirəcəkləri üçün sevincli olduqlarını bildirib:
“Qardaş ölkəyə sevə-sevə gəldik. Başqa variantlar da təklif olunmuşdu. Amma biz Türkiyədə oynamaq istədiyimizi söylədik. Bir az israr etdik. Burada oynayacağımız üçün sevincliyik”.
“Qarabağ” – “Vilyarreal” sabah Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda olacaq. Qarabağdakı hərbi proseslərlə əlaədar UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidi.
