Qurban Qurbanov “Turan Tovuz” matçını dəyərləndirdi
17.10.2025 , 22:17
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 8-ci turunda “Turan Tovuz”la keçirilən ev oyunundan sonra fikirlərini açıqlayıb.
Korner.az xəbər verir ki, Qurbanov 2:1 hesablı qələbəni belə şərh edib:
“Futbolçularımı təbrik edirəm. Komandada müəyyən tarazlıq yox idi və oyun istədiyimiz kimi başlamadı. İlk hissədə hər şey planlaşdırdığımız kimi getmədi, vaxt da sürətlə keçirdi. İkinci hissədə oyun daha ritmli və fərqli alındı. Rəqib də enerjili çıxış etdi və yaxşı mübarizə apardı. Azarkeşlərimizə də dəstəyinə görə təşəkkür edirəm.
“Atletik”lə qarşıdakı matçda da əvvəlki təcrübəmizə əsaslanacağıq. Biz inkişaf edirik, bəlkə bunu hələ tam hiss etmirsiniz. Hər komandaya xas oyun tərzi var. Statistik göstəricilərə görə, “Atletik” taktiki baxımdan ölkənin ən yaxşı komandalarındandır və biz buna uyğun oynamağa çalışacağıq”.