"Qarabağ" sabah ÇL III təsnifat mərhələsinin ilk oyununa çıxacaq.
Korner.az-ın məlumatına görə, bu gün oyundan əvvəl ənənəvi mətbuat konfransı keçirilib. Konfransda iştirak edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuata açıqlamasında bunları dilə gətirib:
"Bizi çətin oyun gözləyir. Bilirik ki, böyük Avropa təcrübəsinə malik komandaya qarşı mübarizə aparacağıq. Biz sürətli futbol oynamağa çalışacağıq. Bunun sabah da şahidi olacaqsınız. Lazımi analizlər etmişik. Komanda çempionata əla başlayıb. Rəqib futbolçular Avropanın diqqət mərkəzindədir və ona görə də var gücləri ilə oynamağa məcburdular. Bütün bunlara baxmayaraq, biz öz hazırlığımızı görmüşük. Bukmeyker kontorları rəqibi bizdən daha şanslı saysa da biz buna önəm vermirik. Diqqətimiz ancaq rəqibdə olmalıdır və öz motivasiyamızı itirməməliyik. Futbolçularımız optimal vəziyyətdədir. Maksim Medvedev, Reynaldo və Rəşad Sadıqov optimal formalarını yığıb və komandayla birgə məşq edirlər".