Qurban Qurbanov “Sumqayıt” – “Neftçi” matçında
11.08.2018 , 20:37

Bu gün Topaz Premyer Liqasında 2018/2019-cu illər mövsümünə start verilib. “Qarabağ” – “Zirə” oyunu təxirə salındığına görə, çempionat bu gün “Dalğa Arena”ya təyin olunmuş “Sumqayıt” – “Neftçi” matçı ilə başlayıb.
Oyunu izləyənlər arasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də var.
Həmçinin qarşılaşmanı milli komandamızın baş məşqçisi Qurban Qurbanov və 21 yaşlılardan ibarət milli komandamızın çalışdırıcısı Rəşad Sadıqov da izləyir. Mütəxəssislər beynəlxalq yarışlar öncəsi potensial milli üzvləri ilə bağlı qeydlər aparıarlar.
