“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının XI turu çərçivəsində keçirilən “Qəbələ”-“Qarabağ” oyununu şərh edib.
Korner.az-ın məlumatına görə baş məşqçi zəif oynadıqlarını etiraf edib.
“Zəif oynadıq. Tək bu oyunda yox, ümumiyyətlə son vaxtlar istəksiz oynayırıq. Son vaxtlar əsas "stavka" etdiyimiz futbolçular istəksiz oynayırlar. Məşqçi hər dəfə səhv edə bilər. Futbolçunu məşqdəki istəyinə görə meydana buraxıram. Gənclər zəif oynaya bilərlər, amma istəklidirlər”.
