Topaz Premyer Liqasının XXII turunda “Simurq”u 1-0 hesabı ilə məğlub edib.
Korner.az-ın məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib gəldikləri oyun haqqında danışıb:
“Yaxşı komandaya qarşı oynayırdıq. Qış fasiləsindən sonra “Simurq” çox yaxşı təsir bağışlayır. Bu komandaya qarşı oynamaq çox çətindi. Bu gün dediklərimin canlı şahidi olduq. Çox çalışdıq. Qalib gəldiyimiz üçün şadam. Azərkeşləri təbrik edirəm”.
