“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin V turunda sabah qarşılacaqları “Sent-Etyen”lə oyunöncəsi öz fikirlərini bildirib.
Korner.az-ın məlumatına əsasən çalışdırıcı bəzi futbolçuların meydana çıxa bilməməsinin oyunua təsirsiz ötüşməyəcəyini bildirib.
“İtkilər oyuna təsir edəcək. Ancaq başqa yolumuz yoxdur. Bununla belə, oyunçuları qarşıdakı oyuna psixoloji cəhətdən yaxşı hazırlaşdırmalıyıq”.
