Ölkə futbolu

Qurban Qurbanov: “Sabah”a qalib gələ bilməmişdik”

13.04.2019 , 21:33

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 24-cü turunda “Sabah”a evdə 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra mətbuat konfransı keçirib.

“Report” xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə görüş haqda danışıb.

O, vacib qələbə qazandıqlarını bildirib:

“Yaxşı oyunla vacib qələbə qazandıq. Çox aqressiv komandaya qarşı oynayırdıq. “Sabah”a qalib gələ bilməmişdik. Bəlkə də ən aqressiv oyunlarını bizə qarşı oynamışdılar. Bu dəfə də hesabda geridə olsalar da, yenə hücum edirilər. Dinamik komanda gördük”.

Qurbanov bildirib ki, hər oyundan sonrakı oyun ən çətindir:

“Çempionatın sonuna yaxınlaşdıqca bizim üçün hər oyun ağır olur. Ümumiyyətlə, psixoloji baxımdan daha çətindir”.

Son yazılar

Yuxarı