Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Avstriyanın “Zalsburq” klubunu 9 nəfərlə məğlub edən (2:1) “Qarabağ”ın baş məşqçisi Qurban Qurban oyunsonrası mətbuat konfransında iştirak edib:
Korner.az-ın məlumatına görə, ağdamlıların çalışdırıcısı bunları dilə gətirib:
“Azərkeşlərimizə təşəkkürümü bildirirəm. Son illər belə dəstək görməmişdim. “Zalsburq”u daha güclü təsəvvür edirdim. İkinci hissəyə başlayanda səhvlərimiz oldu. Xeyli epizod qaçırdıq. Amma sonda nəticə bizim xeyrimizə oldu. Qələbənin pisi yaxşısı olmaz”
Qurban Qurbanov, həmçinin, hakimlər haqda da fikirlərini bildirib:
“Hakimlərin müəyyən səhvləri oldu. İki önəmli futbolçumuzu itirdik. Reynaldonun qırmızı vərəqəsi ilə bağlı şikayət edəcəyik. Admir Teliyə gəlincə, belə vacib oyunda təcrübəli futbolçu qırmızı vərəqə almamalıydı. Düşünürəm ki, birinci epizodda sarı vərəqə səhv qərar idi”
