Qurban Qurbanov Reynaldonun dönüşünü şərh etdi
17.12.2018 , 16:49

Qarabağ”ın geri qaytarmaq istədiyi sabiq futbolçusu Reynaldo tibbi müayinədən keçəcək.
Bu barədə jurnalistlərə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib. O bildirib ki, braziliyalı hücumçu ilə dekabrın 18-də danışıqlar aparılacaq və müvafiq qərar veriləcək.
Qeyd edək ki, Reynaldo 2013 – 2016-cı illərdə də “Qarabağ”da çıxış edib.
