“Rəvan”da məşqçi işi açıq-aşkar görünür. Oyunu müdafiədən qurmuşdular. Komandamdan razı qaldım. Bu cür müdafiə olununan komandaya qarşı oynamaq çətindi. Epizodlarımız oldu, sadəcə yaralana bilmədik. Futbolda belə hallar olur. Hücumdakı oyunumuz məni tam qane etmədi. Hər iki komanda taktiki planda oyunu düzgün qurmuşdu”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Rəvan”la matçdan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Qeyd edək ki, oyun 0:0 hesabı ilə başa çatıb.
