Millimizin yeni baş məşqçisi müəyyənləşib.
Bu vəzifəyə “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov təyin edilib. Bu qərar AFFA-nın İcraiyyə Komitəsinin bugünkü iclasında verilib.
Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.
Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-ı başa çatacaq.
Əlavə edək ki, Q.Qurbanov millimizlə yanaşı, “Qarabağ”ı da çalışdıracaq.
