Bu, ilk qələbəmiz idi. “İnter”lə oyunda əzmkarlıqdan razı qaldım. Bu gün də özlərini yaxşı göstərdilər”.
Korner.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasında səfərdə 2:0 hesabı ilə qalib gəldikləri “Sumqayıt”la oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Avropa Liqasının pley-off mərhələsində İsveçin “Höteborq” klubu ilə qarşıdakı matç bugünkü matçdan fərqli olacaq:
“Avroliqaya hazırlığa avqustun 14-dən başlayacağıq. Heyətin oyununu yaxşılaşdırılması üçün yeni hücumçumuz Dino Ndoluvunun birgə oynamasına ehtiyac var. Onun durumunu bilmirik. Heç özüm də görməmişəm. Futbolda vərəqələrin hamısı eynidir. Hara fırlatsan, eyni gəlir. Yeni hücumçu gətirməyin çoxdan tərəfdarıyam. Bunun üçün büdcə də var. Amma diqqətli olmaq lazımdır. Bir neçə hücumçu arasından bu variant çıxdı”.
Qurbanov əsas qapıçısı İbrahiç Şehiçi bütün meydan oyunçularını görmək istəyilə ehtiyatda saxladığını söyləyib:
“Şahruddin də bizə uyğun qapıçıdır. Bir az boyu balacadır. Şehiç isə daha yaxşı formadadır”.
Baş məşqçi komandanın kapitanı Rəşad Sadıqovla düşmənçiliyin olmadığını da bildirib: “Məncə, ona təzyiq edirsiniz. Düşünməyin ki, Rəşad karyerasını bu il bitirəcək. Onun həm yığma, həm də klubda oynamağa gücü var. Sadıqova ehtiyacımız var”.
