Topaz Premyer Liqasının 14-cü turunda “Simurq” doğma meydanda “Qarabağ”ı qəbul etdi. Gərgin mübarizə şəraitində keçən oyun “Qarabağ”ın 3-2 hesablı qələbəsi ilə yekunlaşdı.
Korner.az-ın PFL-ə istinadən verdiyi məlumata əsasən, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra fikirlərini bildirib : “Çox maraqlı oyun oldu. Meydançada 90 dəqiqə mübarizə gördük. Qollu bir qarşılaşmanın şahidi olduq. Futbolçularımı təbrik edirəm. “Simurq” barədə ən xoş sözlər deyə bilərəm. Düşünürəm ki, avrokubokda çıxış edəcəklər. Rəqibin oyunu çox xoşuma gəldi. Məşqçinin işini yüksək qiymətləndirirəm. 3 xal qazanmağımıza şadam. Turnir cədvəlində mövqeyimizi bir qədər də möhkəmləndirdik”.
