Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən "Turan"-"Qarabağ" oyunundan sonra " komandasının baş məşqçisi Qurban Qurbanov oyundan sonra fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, çalışdırıcı bildirib ki, rəqib oyunçular tez-tez yıxılmaqla tempi aşağı salırdılar.
"Bəzən çox hücum etsək də, qol vurmaq çətin olur. Rəqib oyunçular tez-tez yıxılmaqla tempi aşağı salırdılar. Belə şeylər futbolçularımı özündən çıxarırdı, soyuqqanlı olmaq lazım idi halbuki. Yəqin ki, bu da rəqib komandanın baş məşqçisinin tapşırığı idi.
