"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının XIII turu çərçivəsində keçirilən "Simurq"-"Qarabağ" oyununu şərh edib.
Korner.az-ın məlumatına görə, oyunun çətin keçdiyini deyib. "İki fərqli hissə oldu. Bilirdik ki, ikinci hissədə pressinq tətbiq edəcəklər. Çünki başqa yolları yox idi. Çətin oyun keçdi. Futbolçularım nəticəni əldən verməmək üçün sonadək mübarizə apardılar".
