Futbol

Qurban Qurbanov: “Qrup mərhələsi üçün şanslarımız qalır”

24.08.2018 , 10:06

UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” səfərdə “Şerif”ə 0:1 hesabıyla uduzub.

Oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bölüşüb:

“Rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadır. Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir. İndi cavab oyununda xüsusi nəysə dəyişmək haqda danışmaq üçün tezdir. “Şerif” 1:0 hesablı qələbə qazansa da, qrup mərhələsi üçün şanslarımız qalır. Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq”.

Son yazılar

Yuxarı