Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün dincələcək.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov proqrama əsasən bu gün komandaya istirahət verib.
Bir gün öncə “Ekranas”la qarşılaşan klub sabah yenidən hazırlığını bərpa edəcək. Onların yanvarın 28-nə 2 məşqi nəzərdə tutulub.