Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” və “Qarabağ” arasında ilk oyununun vaxtı müəyyənləşib.
Korner.az-ın məlumatına görə, fevralın 27-dəki matç saat 15:00-da başlayacaq.
“Qarabağ” artıq bu oyunun hazırlığa start verib. Qurban Qurbanovun yetirmələri Topaz Premyer Liqasının XXI turunun “Rəvan”la qarşılaşmasından sonra dərhal hazırlıqlara başlayıb. 18 gün əvvəlki çempionat matçında olduğu kimi yenə Qəbələyə səfər edəcək komanda bu gün Suraxanı qəsəbə stadionunda sonuncu məşqini edəcək. Sabah səhər isə ağdamlılar Qəbələyə yollanacaq.
Qeyd edək ki, ötən mövsümdə də tərəflər ölkə kubokunun eyni mərhələsində qarşılaşmışdı. Qəbələdə 2:2 hesabı qeydə alınmış, cavab oyununda hesab açılmadığına görə “Qarabağ” yarımfinala adlamışdı.