Topaz Premyer Liqanın 23-cü turunda dünən “Simurq”a 0:1 hesabı ilə uduzan “Qarabağ” istirahətə buraxılıb.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, millinin oyunları ilə əlaqədar olaraq yaranacaq fasilə səbəbindən baş məşqçi Qurban Qurbanov futbolçulara üç günlük istirahət verib.
Komanda martın 16-da yenidən yığışaraq məşqlərə başlayacaq.