Qurban Qurbanov: “Qalib gəlsək, daha yaxşı olardı”
03.02.2019 , 20:49

Topaz Premyer Liqasının XV turunda “Qarabağ” “Neftçi”ni qəbul edib. Oyun 1:1 esablı bərabərliklə yekunlaşıb.
Oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matç haqda danışıb:
“Maraqlı oyun alındı. Əsl derbi deyərdim. Hiss olunurdu ki, hər iki komanda qalib gəlmək istyirdi. Bugünki oyunu gözəlləşdirən azarkeşlər oldu. Futbolçulara təşəkkür edirəm. Düşünürəm ki, layiqli mübarizə apardılar.”
– Komandanın çempionata nə dərəcədə hazırdı?
– İlk oyun olmağına baxmayaraq pis oynamadıq. Çatışmazlıqlar var. Bir iki oyundan sonra daha yaxşı olacaq.
– Fasildən əvvəlki “Neftçi” ilə indikinin fərqi nədir?
– Belə fikir demək hələ tez olar. İlk dövrədəki “Neftçi”nin ruhu hiss olundu. Bizim üçün heç də asan olmadı
– Nəticəni uğurlu hesab edirsinizmi?
– 3 xal geridəyik. Qalib gəlsək, daha yaxşı olardı. Qarşıdaki oyunlara hazırlaşmalıyıq. Oyundan ümumilikdə razı qaldım.
– Almeydanın oyunu sizi qane etdimi?
– Tək Almeyda yox, bütün futbolçuların oyunundan razı qaldım
