Futbol

Qurban Qurbanov püşkü dəyərləndirdi

16.06.2021 , 17:07

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Korner.az xəbər verir ki, bu mərhələdə İsrailin “Aşdod” komandası ilə qarşılaşacaq Ağdam təmsilçisinin çalışdırıcısı klubun saytına açıqlamasında deyib:

“UEFA Konfrans Liqası yeni turnirdir. İlk dəfə təşkil olunan yarışa tam məsuliyyətlə yanaşmalıyıq. Bizim üçün bu turnir ilk təcrübədir. Daha əvvəl İsrail təmsilçiləri ilə qarşılaşmışıq. Məncə, bu ölkənin çempionatının səviyyəsi hər kəsə bəllidir. Çox güclü klubları var. Təsdüfi deyil ki, mövsümü 3-cü pillədə başa vurublar. Amma “Aşdod” bizə tanış deyil və daha əvvəl qarşılaşmamışıq. Bu gündən etibarən rəqibi daha yaxından tanımağa, güclü və zəif tərəflərini araşdırmağa başlayacağıq. Rəqibi yaxından izlədikdən və araşdırdıqdan sonra ətraflı danışmaq olar. Bu turnirdə də azarkeşlərimizi sevindirmək istəyirik”.

II təsnifat mərhələsində ilk oyunlar iyulun 22-də, cavab matçları isə iyulun 29-da keçiriləcək.

Son yazılar

Yuxarı