“Ağır oyun oldu. Futbolçularımdan razı qaldım. “Bakı”nın şansı var idi Avroliqa üçün. Ancaq niyə vaxt apardıqlarını başa düşmədim. Hər cür dəyişikliyə əl atdıq ki, nəticə versin, ancaq olmadı. Hava şəraiti də təsirini göstərdi. Oyunu bu saata niyə saldıqlarını da başa düşmədim”.
Korner.az-ın məlumatına görə, bu fikirləri “Bakı” ilə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səsləndirib.
Qeyd edək ki oyun 0:0 hesabı ilə başa çatıb.
