"Temp sona qədər yüksək oldu"
Korner.az-ın məlumatına görə bu sözləri Qarabağ komandasının baş məşqçisi Qurban Qurbanov bu gün Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilən "Qarabağ"-"Neftçi" oyununu şərh edərkən deyib.
"Temp sonadək yüksək oldu. Bugünkü oyunda səhvler də oldu, amma ümumilikdə maraqlı qarşılaşma alındı. Ümumi götürsək, bu oyunu derbi adlandırmaq olar. Futbolçularım qarşıya qoyulan məqsədə nail oldular".