Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Qəbələ"nin qonağı olacaq "Qarabağ" səfərə tam heyətlə yollana bilməyib.
Korner.az-ın məlumatına görə, baş məşqçi Qurban Qurbanov Nikolas Gelaşvilini Bakıda saxlayıb.
Buna səbəb gürcü forvardın zədəli olmasıdı. Gelaşvili zədə səbəbindən "Qarabağ"ın Premyer Liqadakı son 2 matçını ("Neftçi" və "Bakı") və Gürcüstan yığmasının martın 5-də Lixtenşteynlə yoldaşlıq oyununu buraxıb. Nikolas XXIII turun "Simurq"la oyununda zədə alıb. O, hələ tam hazır olmaq üçün bir həftə də gözləməlidi.
