“Neftçi” ilə oyuna normal qaydada hazırlaşmışıq. Komanda yaxşı ab-hava var. Oyuna hazırıq”.
Korner.az-ın mıılumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi azarkeşlərə maraqlı oyun vəd edib: “Maraqlı qarşılaşma olacaq. Oyun hər iki komanda üçün vacibdi. “Neftçi”ni yaxşı tanıyıram. Uğursuz oyunlardan sonra bu komanda yaxşı futbol göstərə bilər. Təcrübəli oyunçuları var. Onlar istənilən oyunun gedişini həll edə bilər”.
