“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Bakı”nın hücumçusu Nurlan Novruzova təklif göndərmələri ilə bağlı yayılan xəbərə münasibət bildirib.
Korner.az-ın məlumatına görə, o, qol.az-a açıqlamasında yayılan xəbəri təkzib edib:
“Biz bu futbolçuya təklif irəli sürməmişik. Ümumiyyətlə, onun adı bizim transfer siyahımızda yoxdur”.
Qeyd edək ki, N.Novruzov “Qarabağ”, “Qəbələ” və “Neftçi”dən təklif aldığını deyib.
