Topaz Premyer Liqasının 32-ci turunda “Qarabağ” “Neftçi” ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.
Korner.az“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransında verdiyi açıqlamanı sizə təqdim edir:
“Futbolçularıma tam soyuqqanlı olmağı tapşırmışdım. Ancaq oyunun əvvəlində sərtlik, aqressivlik müşahidə etdim. İlk dəqiqələrdə iki sarı vərəqə aldıq. Oyunumuzu bəyəndim desəm, yalan olar. Ancaq normal nəticədir. 3-4 tur əvvəl bizi çempionluq münasibətilə təbrik edirdilər. Düzdür, səmimi təbriklər vardı, ancaq müəyyən qismi komandanı gərginlikdə saxlamaq niyyəti güdürdü. Mən o vaxt da deyirdim ki, təbrik üçün tezdi. Bugünkü nəticə bir daha sübut elədi ki, tələsmək olmaz”.
