Warning: file_get_contents(http://api.football-data.org/v2/matches?dateFrom=2019-07-22&&dateTo=2019-07-23): failed to open stream: HTTP request failed! HTTP/1.1 429 in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 382

Warning: Invalid argument supplied for foreach() in /usr/www/users/korner/wp-content/themes/flex-mag/scoreboard.php on line 384
Əsas

Qurban Qurbanov: “Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm”

11.09.2018 , 01:28

“Qələbə qazanmaq istəyirdik. Əfsuslar olsun ki, buna nail olmadıq. Bir xal qazansaq da, əslində 2 xal itirdik”. Futbol11.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının D divizionun III qrupunun ikinci turunda Malta ilə heç-heçə (1:1) etdikləri matçdan sonra deyib.

Təcrübəli məşqçi görüləsi işlərin çox olduğunu, bütün narazılıqları üzərinə götürdüyünü bildirib: “Bir neçə futbolçunun hazırlıq durumundan narahat idim. Görüləsi işlər çoxdur. Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm”.

Qurban Qurbanov qrup lideri olmaq şanslarının qaldığını söyləyib: “Qrupumuzda yer alan digər komandaların da növbəti oyunlarda itkiləri olacaq. Qalan 4 oyunda qələbə qazanacağımız təqdirdə, uğura nail ola bilərik. Hər bir çətinliyi istədiyim kimi aradan qaldırmaq asan deyil. Futbolçularıma güvənib, bir olub hazırlaşmalıyıq”.

Son yazılar

Yuxarı