Premyer Liqanın 24-cü turunda “Neftçi” doğma meydanda “Qarabağ”a 4:1 hesabı ilə məğlub olub.
Korner.az qonaq komandanın baş məşqçisi Qurban Qurbanovun oyun haqda fikirləri ilə sizi tanış edir:
“Neftçi” 10 nəfərlə də layiqli mübarizə apardı, azlıqda qol da vurdu. Ona görə də bakılıların çempionluq yarışından qopduğunu demək olmaz. Mən “Neftçi”yə bravo deyirəm. Ona görə ki, rəqib 10 nəfər qaldıqdan sonra da mübarizə apardı. Mən uşaqlıqdan “Neftçi” azarkeşi olmuşam. Bu komandaya həmişə hörmətlə yanaşmışam”.