Qurban Qurbanov mükafatlandırıldı
14.12.2019 , 19:57

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuya əsasən Azərbaycanda ilin məşqçisi seçilən Qurban Qurbanovun bu gün mükafatlandırma mərasimi keçirilib.
Korner.az xəbər verir ki, mərasim “Fairmont otel”də baş tutub. Mükafatı “Qarabağ”ın baş məşqçisinə Komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.
67 jurnalistin iştirakı ilə keçirilən səsvermədə Ağdam təmsilçisinin baş məşqçisi 58 səslə qalib gəlib.
Qeyd edək ki, mütəxəssis 10-cu dəfə bu mükafata layiq görülüb.
