Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” MOİK klubunu məğlub edərək, növbəti mərhələyə adladı.
Korner.az-ın məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan somnra fikirlərini bildirib: “Mərhələni keçməklə qarşıya qoyulan minimum vəzifənin öhdəsindən gəldik. Soyuq havaya baxmayaraq, azarkeşlərimiz bizə dəstək oldular. Onlara təşəkkür edirəm. Düşünürəm ki, oyunda hər şey normal oldu. MOİK klubuna uğurlar arzu etmək istəyirəm. Biz isə növbəti oyuna hazırlaşmalıyıq”.
