Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Seltik”lə qarşılaşacaq “Qarabağ” iyulun 27-si Şotlandiyaya yollanıb.
Korner.az-ın məlumatına görə, komandanın baş məşqçisi Qurban Qurbanov da səfər öncəsi ANS-in suallarını cavablandırıb.
Şotlandiyada onları çətin oyun gözlədiyini bildirən Qurbanov, maksimum səhvsiz oynamağa çalışacaqlarını bidlirib.
