Qurban Qurbanov millinin heyətini açıqladı
06.10.2018 , 13:08

UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də səfərdə Farer adaları, 14-də isə Bakı Olimpiya Stadionunda Malta yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Qurban Qurbanov millimizin düşərgəsinə 23 futbolçu dəvət edib. Onların arasında “Proyssen” klubunun hücumçusu Rüfət Dadaşov da var.
Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Səlahət Ağayev (“Neftçi”), Şahruddin Məhəmmədəliyev (“Qarabağ”)
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı “Qarabağ”), Məhəmməd Mirzəbəyov (“Neftçi”), Təmkin Xəlilzadə, Urfan Abbasov (“Qəbələ”), Bəxtiyar Həsənalızadə (“Sumqayıt”), Pavlo Paşayev (“Aleksandriya”, Ukrayna)
Yarımmüdafiəçilər: Qara Qarayev, Araz Abdullayev (hər ikisi “Qarabağ”), Emin Mahmudov, Namiq Ələsgərov (hər ikisi “Neftçi”), Rahid Əmirquliyev (“Səbail”), Cavid İmamverdiyev (“Sabah”), Riçard Almeyda (“Astana”, Qazaxıstan), Dmitri Nazarov (“Aue”, Almaniya)
Hücumçular: Mahir Mədətov (“Qarabağ”), Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proysen”, Almaniya), Ruslan Qurbanov (“Səbail”)
