Milli komandamızın Antalyada təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirəcəyi rəqibi müəyyələşib
Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamız Gürcüstanla qarşılaşacaq. Oyun 2018-ci il fevralın 2-də keçiriləcək.
Qeyd edək ki, bu matç Qurbanovun millinin baş məşqçisi vəzifəsində debütü olacaq.
Maraq üçün bildirək ki, Qurban Qurbanov futbolçu kimi də millidə debüt oyununu Gürcüstan millisinə qarşı keçirib. O, 1992-ci il sentyabrın 17-də Gürcüstanda keçirilən yoldaşlıq matçının 46-cı dəqiqəsində meydana çıxıb. Görüş gürcülərin 6:3 hesablı qələbəsi ilə başa çatıb.
