“Ağır oyun oldu. Bu, bəlkə də texniki səhvlərimizin ən çox olduğu oyun idi. Bunda meydança amilinin rolu da vardı. İlk dəfə oyun keçirildiyindən, ot örtüyünde müəyyən problem vardı. Bir futbolçumuzda olsa belə problem, düşünmək olardı ki, futbolçudadı günah. Ancaq ümumilikdə bütün futbolçularımızda ötürmə səhvləri oldu ki, bunu da qazonla əlaqələndirirəm. Ən ağır səfər oyunumuz idi”.
Korner.az-ın məlumatına görə, bu fikirləri “Simurq”la oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Qeyd edək ki, oyunda hesab aşılmayıb.
