Qurban Qurbanov: “Maksimum nəticə əldə etməyə çalışacağıq”
02.10.2024 , 14:30
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun UEFA Avropa Liqasının Liqa yolunda “Malmö” (İsveç) ilə oyundan öncə mətbuat konfransı keçirilib.
Korner.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunla bağlı bunları deyib:
“Liqa mərhələsində öz meydanımızda ilk oyunumuzu keçirəcəyik. Özünəməxsus oyun tərzi olan komanda ilə qarşılaşacağıq. Komandanı oyuna yaxşı hazırlaşdırmağa çalışdıq. Azarkeşlərimizin önündə oynayacağıq. Maksimum nəticə əldə etməyə çalışacağıq”.