Qurban Qurbanov: “Mahirin durumu düzəlir”
23.09.2019 , 21:24
Azərbaycan Premyer Liqasında V turun “Zirə” – “Qarabağ” (1:3) matçından sonra təşkil edilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Korner.az-ın məlumatına görə, baş məşqçi əvvəlcə görüş barədə fikirlərini bildirib.
– Bu oyunda qələbə qazanmaq vacib idi. Əhəmiyyətli 3 xal əldə etdik.
– Son iki oyunda cərimə zərbəsindən qol buraxırsız. Bununla bağlı qapıçı məşqçisi ilə söhbət edəcəksiz?
– Xeyr. Cərimə zərbəsini yerinə yetirənlər daha dəqiq olur.
– Xayme Romeronun durumu necədi?
– Deyəsən, yaxşı deyil.
– Maqaye Qeye və Faysalın durumu?
– Elə ciddi problem yoxdu.
– Bəs Rahil Məmmədov və Mahir Emreli necə?
– Mahirin durumu düzəlir. Ola bilsin ki, komandaya daha tez qoşulsun.