Qurban Qurbanov koronavirusa yoluxdu
29.11.2020 , 19:30

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, bu barədə Ağdam klubunun məşqçisi, Qurbanovun köməkçisi Elçin Rəhmanov “Səbail”ə qarşı Premyer liqanın XI tur oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, testi müsbət çıxan mütəxəssisin müalicəsi davam edir.
Məhz bu səbəbdən baş məşqçi bugünkü oyunda olmayıb.
