Futbol

Qurban Qurbanov “Keşlə” – “Səbail” matçında

11.02.2018 , 12:33

Topaz Premyer Liqasının XV turu çərçivəsində keçirilən “Keşlə” – “Səbail” matçı milli məşqçilərinin də diqqət mərkəzindədi. Qarşılaşmanı yığma komandamızın baş məşqçisi Qurban Qurbanov da izləyir.

Qurbanov oyunun keçirildiyi “İnter Arena”ya matçın startından 20 dəqiqə sonra gəlib. Qurbanovla yanaşı, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Rəşad Sadıqov da oyunu izləyir.

Qeyd edək ki, matçı izləyənlər arasında “Zirə”nin baş məşqçisi Ayxan Abbasov və “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov da var.

Son yazılar

Yuxarı