Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları çərçivəsində “Qarabağ” səfərdə “Kəpəz”in qonağı oldu. Əsas vaxtı qolsuz bərabərliklə başa çatan qarşılaşmanın əlavə vaxtında rəqib qapısından iki qol keçirən Ağdam təmsilçisi növbəti mərhələyə adlayan tərəf oldu.
Korner.az-ın məlumatına görə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov çətin qazanılan qələbəyə belə şərh verib:
“Kubok oyunları çempionat oyunlarından həmişə fərqlənir. Oyuna ciddi hazırlaşmışdıq, lakin bu cür meydanda nə biz, nə də “Kəpəz” yaxşı oyun göstərə bilmədi. Bu mövsüm ərzində ən çox güc sərf etdiyimiz oyun oldu. Meydança ağır idi, lakin qalib gəldik. İrəlidə bizi “Neftçi” ilə çətin oyun gözləyir”.
