“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın aparıcı futbolçuları Çumbinyo və Danilo Diasın uzun müddətə sıradan çıxmasına münasibət bildirib.
Korner.az-ın məlumatına görə, o, bunları bildirib:
“İki futbolçumuzun yoxluğu bizim üçün ciddi itkidi. Özü də çox ciddi itkidi. Belə gərgin qrafikdə bizə sağlam futbolçular lazımdı. Ümid edirəm ki, Çumbinyo və Diasa layiqli əvəzedici tapa biləcəyik. Onların yoxluğu Milan “İnter”i ilə oyunumuza təsir edəcəkmi? Bu barədə çox düşünməmək daha yaxşı olardı. Biz indi onları əvəzləyəcək futbolçuları hazırlamağa çalışmalıyıq. Əgər itkilər haqda çox düşünsək, onda yaxşı nəticə qazana bilmərik”.
Azerisport.az
