Qurban Qurbanov: “İmarət” stadionundakı ilk oyun özəl olacaq”
09.01.2026 , 13:15
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ağdamın “İmarət” stadionu ilə bağlı fikirlərini açıqlayıb.
Korner.az xəbər verir ki, o, mətbuat konfransında stadionun tikintisi başa çatdıqdan sonra keçiriləcək ilk oyunun turnirindən asılı olmayacağını bildirib.
“O günə qədər sağ qalmaq lazımdır. Tam hazır olduqdan sonra baxacağıq. İlk oyun istər yerli, istər beynəlxalq səviyyədə olsun, Çempionlar Liqası finalı kimi qəbul olunacaq” – deyə Qurbanov vurğulayıb.
Qeyd edək ki, Ağdamın “İmarət” stadionunun təməlqoyma mərasiminin bu il həyata keçirilməsi gözlənilir.