Bütün oyunlarda bizə dəstək olan hər bir azarkeşə minnətdaram.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” – “İnter” matçından sonra deyib.
“Növbəti mərhələyə yüksələ bilmədiyimiz üçün məğlub olsaq da, ümumi çıxışdan razıyam. Futbolçularıma təşəkkür edirem. Heyətde zədəlilərimizin olması azmış kimi Vüqar da zədələndi. Bu da bizim üçün yaxşı təcrübə oldu. Bəlkə de növbəti dəfə qrupa düşsək, daha yaxşı oynayacağıq. Həmişə futbolçularıma deyirem ki, heyatda mümkünsüz heç nə yoxdu. İki kameradan çəkilişe baxdıq, təmiz qol idi. Hakimin niyə belə qərar verdiyini anlamadıq. Son saniyədə onun belə məsuliyyetin altına girib elə qərar verməsi anlaşılmadı. Hətta onların oyunçusu mənə yaxınlaşıb dedi ki, top mənə dəyib qapıdan keçdi. Bəlkə də bunu həmin anda hakime yaxınlaşıb desəydi, qərar dəyişərdi”, deyə o bildirib.
