big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Qurban Qurbanov: “Hər oyunçunun oynamaq ehtimalı var”

06.08.2018 , 20:40

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində sabah Belarusun BATE klubuna qarşı keçirəcəkləri ilk matçöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə görüş barədə fikirlərini bildirdi…

– Vacib oyuna çıxacağıq. BATE Çempionlar Liqasında böyük təcrübəsi olan komandadı. Neçə illərdi stabil olaraq avrokuboklarda çıxış edirlər. Nəticə qazanmağı bacaran komandadı. Sabah işimiz heç də asan olmayacaq. Ancaq pis hazırlaşmamışıq. İlk oyun həmişə çətin olur. Həddən artıq diqqətli olmalıyıq. Biz nə qədər qalib gəlmək istəyiriksə, rəqib də bu fikirdədi. BATE bizdən aşağı səviyyədə deyil. Hər bir komandanın gücü var ki, mərhələ keçsin. Çalışacağıq səhvsiz oynayaq.

– BATE hansı üstün cəhətinə görə sizə problem yarada bilər?
– Çox intizamlı oyun üslubuna malikdi. Rahat müdafiə olunur və düzgün hücum edir. Hər kiçik elementdə, hətta aut atışları zamanı futbolçular nə edəcəklərini bilirlər. Meydanda 11 düşünən və nə etmək istədiyini bilən futbolçudan ibarət rəqib olacaq.

– Belarus çempionatı davam edir. Ötən həftə isə ÇL-də HİK-lə oynadılar. Rəqibin çempionat və avrokubok oyunları arasında fərq varmı?
– Çempionat tam fərqlidi. BATE birinci yerdə gedir. Ancaq avrokubokda motivasiya tam başqa olur və hazırlıq porsesi fərqli keçir. Çempionatda rəqiblərini yaxından tanıyırlar. Bəlkə də, çox güc tətbiq etmədən rahat qələbə qazanırlar. Ancaq ÇL-də daha çox düşünməli olurlar. Onların turnirdəki təcrübəsi komandaya böyük önəm verir. Çempionat oyununa aldanmalı deyilik. Çox fərq var.

– “Qarabağ” hər mövsüm artan qrafiklə çıxış edir. 5-ci rəsmi oyunda komandanın artıq ideal formada olacağını demək olarmı?
– Zamana ehtiyac var. Bəzi futbolçular komandaya gec qoşulub və öz optimal formalarından uzaqdılar.

– Rəqibin baş məşqçisi “Qarabağ”a məğlubiyyəti sürpriz sayacaqlarını dedi…
– Buna fikir verməsəm daha yaxşı olacaq. Hər komanda rəqibə qarşı fərqli hazırlaşır. “Kukesi” də bizə təzyiq emtək üçün müxtəlif açıqlamalar verirdi. Ancaq rəqib düşərgədə nələrin olduğunu bilmirik. Ona görə münasibət bildirmək düzgün olmaz.

– Ötən oyunla müqayisədə heyətdə dəyişikliklər olacaq?
– Əvvəldən heyəti açıqlamıram. Keçən oyun Dani Kintananın oynaması ilə bağlı 2 saat qalmış qərar verdik. Sabah da hər bir futbolçunun oynamaq ehtimalı var. Bəziləri tam hazır deyil. Ancaq sabah səhərki məşqdən sonra qəti qərar verəcəyik.

– İlk oyunu səfərdə keçirən komandalar daha üstün sayılır. Evdə hansı nəticə əldə olunsa, sərfəli sayılacaq?
– Son vaxtlar belə fikirlər azalıb. Bəzən böyük klublar öz  meydanlarında uduzub, səfərdə qələbə qazanırlar. İlk oyunun nəticəsinə görə fikir bildirmək olmaz. Minimum hədəfimiz məğlub olmamaqdı. Amma qələbə qazanmaq, qol buraxmaq istəmirik. İkinci oyundan sonra bilinəcək ki, ilk matçın nəticəsi bizə sərf edib, ya yox. Amma hər bir oyuna qələbə üçün hazırlaşırıq.

– BATE səfərdə inamlı təsir bağışlayır…
– Belə üstünlükləri var. Ancaq bizdə də belə hallar olub. Bu cür oyunlarda ilk oyunun nəticəsinə görə qərar vermək olmaz.

– Oyunun baş hakimi çox qırmızı vərəqə göstərməsi ilə tanınır…
– “İnter”ə qarşı matçdakından pis ola bilməz. Həmin zaman biz qrupdan çıxıb, Azərbaycan futbolunda ilkə imza ata bilərdik. Ancaq 90+4-cü dəqiqədə qolumuz sayılmadı. İndi hakimliklə bağlı danışmağım düzgün olmaz.

– BATE-nin əvvəlki səviyyədə olmadığı deyilir. Sizcə, zəifləyib?
– Bu fikirlə razı deyiləm. Bizim haqqımızda da belə fikirlər səsləndirilir. Komanda nəticə göstərirsə, haqqında pis fikir bildirmək düzgün deyil. BATE-ni analiz edəndə gördük ki, ciddi rəqibdi. Son 10 ildə 4 dəfə ÇL, 4 dəfə AL qrupunda oynamaları az iş deyil. Klub olaraq böyük nəticə göstəriblər. İndiki futbolda isə bütün komandalar nəticə qazana bilir.

– Belarus mətbuatı BATE-nin HİK-lə oyunundan narazı qalmışdı. Siz isə rəqibin güclü olduğunu deyirsiz…
– Mən inanmıram ki, BATE HİK-i çətin keçmişdi. Biz də ilk rəqibi çətin keçdik. BATE isə 24 dəqiqəyə 2 qol vurmuşdu. Bundan əlavə yaxşı epizodları var idi. Ola bilər ki, kimsə narazı qalıb. Amma komanda mərhələ keçibsə, deməli layiqdi.

– Emeqara ötən oyun çox yaxşı çıxış etdi. O, daha əvvəl də “Qarabağ”da çıxış edib getmişdi. Demək olarmı ki, onun gedişi həmin zaman itki idi?
– Çox oyunçular gedib. Hətta ən vacibləri də. Ancaq nəticələr yaxşılığa doğru gedib. Keçmişimizə baxıb peşmanlıq çəkəcəyiksə, səlis işləyə bilmərik. Emeqara ötən oyun yaxşı oynadı, ancaq mən istərdim ki, oyununu daha da yaxşılaşdırsın. Mən hər futbolçudan bunu istəyirəm.

– “Qəbələ” klubu əvəzedicilərin çempionatında oynamaqdan imtina etdi. “Qarabağ” bu addım atmağı düşünmür?
– Bu barədə fikir bildirmək düzgün olmaz. “Qarabağ” əvəzedicilərin çempionatında iştirak edəcək. “Qəbələ”nin qərarına normal yanaşırıq. Bundan başqa, sıx qrafiklə bağlı bu barədə düşünməmişik.

Son yazılar

To Top